24.2.16

Bir azda Azərbaycan xanımlarının səhlənkarlıqlarından...

Nədənsə, Azərbaycan xanımları özlərinə səhlənkar yanaşır. Bütün ömrünü ailəsinə, uşaqlarına həsr edir, öz xəstəliklərini isə gizlədir. Sizə söhbət açmaq istidiyim bir Azərbaycan xanımı var: - Bu xəstəmiz süd vəzindəki törəməni 10 il saxlayıb. İlk dəfə törəməni aşkar edən zaman şişin ölçüləri çox kiçik olub. Sonra tədricən böyüyüb və görüdüyünüz şəkildəki vəziyyətə gəlib. Bizim apardığımız müayinələr nəticəsində (USM, mamoqrafiya, punksion biopsia) törəmə süd vəzinin ¾ hissəsini tutduğu məlum olur. 
Əməliyyatdan öncə döşün vəziyyəti

Tibb üzrə fəlsəfə doktoru,
onkoloq Günay Əhmədova

 

Əməliyyat zamanı aparılan patohistoloji (şişin əkilməsi) müayinə zamanı törəmənin xöşxassəli olması təsdiqləndi və xanımın süd vəzisini (döşünü) qoruyaraq bərpa olundu. Lakin, əziz oxucumuz! Bilin ki, hər zaman belə olmur. Bu ölçülərdəki törəmələrin bədxassəli olma ehtimalı çox yüksəkdir. Ona görə də həkimə vaxtında müraciət edin, özünüzü bu vəziyyətə çatdırmayın. Axı itirilmiş sağlamlığı bərpa etmek çox çətin olur.





  

2 комментария: