Süd vəzi xərçəngi — xərçəng xəstəliyinin bir növü. əsas
etibarı ilə qadınlarda təsadüf edilir. Bədənimizdə hər hüceyrənin
müəyyən uzunluqda ömrü var. Hüceyrələrin yaşama müddəti, nüvələrindəki
genetik materialda yazılıdır. Yaşlanan hüceyrə, toxumadakı işi
qurtarandan sonra ölür. Bu prosesin son hissəsinə “planlı hüceyrə ölümü”
deyilir. Xərçəng hüceyrələrinin digər hüceyrələrdən fərqi, “planlı
hüceyrə ölümü” programından xaricə çıxıb, idarə edilməz şəkildə
çoxalmalarıdır.
Sağlam bir hüceyrə neçə dəfə bölünəcəyini və nə vaxt öləcəyini bilir.
Buna uygun olaraq da xərçəng hüceyrələri, bu məlumatı itirir,
idarəsizcə bölünməyə başlayır və şişlər bu formada əmələ gəlir. Əgər
xərçəng hüceyrələri yarandıqları şişdən qoparaq ayrılsa, qan ya da limfa
dövranı vasitəsilə ilə bədənin digər bölgələrinə gedər. Getdikleri
yerlərdə şiş koloniyaları əmələ gətirir və böyüməyə davam edərlər.
Xərçəngin bu formada bədənin digər bölgələrinə yayılması hadisəsinə
metastaz deyilir.
Süd vəzisi xərçəngləri digər orqanların xərçənglərinə nisbətən çox
yavaş inkişaf edirlər. Bir hüceyrənin idarədən çıxaraq 1 sm3
böyüklüyündə bir kütlə yaratması, süd vəzisi üçün 7-10 il deməkdir. Bu
səbəbdən illik düzənli müayinələr erkən diaqnoz və müalicə deməkdir;
yəni həyatınızı qurtara bilər.
Simptomları
Süd vəzisi xərçənginin müalicəsində müvəffəqiyyət şansı və bu
xəstəliyin sağalmasının əsas şərti erkən diaqnozdur. Xərçəng daha bir
neçə mm diametrə sahib olduğu zaman belə mammoqrafiyada görülə bilər. Bu
vəziyyətdə müalicənin nəticələri şox müvəffəqiyyətli olur. Buna görə də
tez-tez süd vəzisi müayinələrinə gələn xəstələr şox şanslıdırlar.
Xərçəng simptomları ortaya çıxdığı zaman şiş ən az 1 sm və ya daha böyük
ölçülərə çatmış olur. Buna baxmayaraq, xəstəliyin tamamən sağalma
ehtimalı hələ də vardır. Buna görə də, davamlı mammoqrafiyalar, ultrasəs
müayinəsi və həkim müayinəsinə gəlməkdən başqa, hər qadının öz süd
vəzisi haqqında məlumatının olması da çox vacibdir. Qadınlar özlərini
müayinə edərkən aşağıdakılara diqqət etməlidirlər:
Ələ gələn kütlə: Süd vəzisi xərçəngində ən tez-tez rastlanan simptom
ələ gələn kütlədir. Bir xəstə əllə hiss edilən kütlə simptomu ilə
xəstəxanaya geldi isə, ilk olaraq bu kütlənin kista, yoxsa şiş olduğu
ayırd edilməlidir. Içi maye ilə dolu olan kistalar xərçəng deyil ve
təhlükəli deyillər. Amma iki təbəqəli solid kütlələr şiş kütlələridir
ki, bu şişlər tez tez müayinə edilməli və ya biopsiya vasitəsilə dəqiq
diaqnoz qoyulmalıdır.
Süd vəzisi ucu axıntısı: Süd vəzisi ucu axıntısı süd vəzisi
xərçənginin erkən simptomu ola bilər. Belə vəziyyətlərdə həkimə getmək
lazımdır. Axıntı özü-özünə axmalıdır, süd vəzisinin sıxılması
nəticəsində axıntı gəlməsi bir xəstəlik simptomu deyil. Axıntının
olub-olmadığını yoxlamaq üçün süd vəzilərinin sıxılması doğru deyil. Süd
vəzisi ucu axıntısı başqa xəstəliklərdə, məsələn hormonal
xəstəliklərdə, əmizdirmədən sonrakı vaxtlarda ilk zamanlarda və süd
kanallarının xəstəliklərində də rastlanır.
Süd vəzisi ucunun içəri çəkilməsi və simmetriyanın pozulması: Bir çox
qadında süd vəziləri arasında kiçik fərqlər ola bilər: birinin
digərindən daha böyük olması və ya süd vəzisi uclarında simmetriya fərqi
kimi. Bunlar əsasən uşaqlıq vaxtından elə olur və hər hansı bir
xəstəliyin əlaməti deyil. Amma bəzən də çox nadir hallarda süd vəzisi
ucunun arxasında çixan şişlər erkən dövrdə süd vəzisi ucunun içəriyə
doğru girməsinə səbəb olur. Daha əvvəllər hər iki süd vəzisi ucu
simmetrik və normal olduğu halda ani olaraq süd vəzisi uclarında
asimmetriya və ya birinin içinə doğru girməsi - süd vəzisi xərçəngi
baxımından çox vacib simptom sayilir.
Dəridəki simptomlar: Bəzən süd vəzisi xərçəngi dəridə bəzi simptomlar
verir. Xüsusilə də kütlənin süd vəzisinin dərisinə yaxın olduğu zaman
həm kütlə daha tez əllə hiss edilər, həm də dəri simptomları ortaya
çıxar. Süd vəzisinin üzərində uzun müddət yox olmayan qizarma, yara, süd
vəzisi dərisinin portağal qabığına bənzər bir görünüş alması, dərinin
bir nöqtədə içəriyə doğru çəkilməsi kimi hallarda mütləq həkimə
gedilməlidir. Bəzən də süd vəzisi üzərindəki bənövşəyi-mavi rəngli
venaların gözə çarpması bəzi süd vəzisi şişlərində erkən diaqnoz üçün
vacib simptomlardandır.
Süd vəzisi xərçəngində ideal olanı yuxarıdakı simptomlar ortaya
çıxmazdan əvvəl xəstəliyin diaqnozunun qoyulması və müalicəsinin
başlanmasıdır.
SÜD VƏZISI MÜALİCƏSİNİN DİAQNOSTİKASI
Süd vəzisi xərçənginin erkən diaqnostikası üçün istifadə olunan əsas
metodlar ultrasəs müayinəsi və mammoqrafiyadır. Mammoqrafiyada şübhəli
kütlə və ya sahə (mikrokalsifikasiya) tapıldığı zaman kütlənin
vəziyyətinə görə iynə biopsiyası və ya cərrahi biopsiya həyata
keçirilir. Kütlənin forması və ya halı müəyyən edilə bilmədiyi hallarda
biopsiyadan əvvəl və ya yerinə MR da aparıla bilər.
Xərçəngin diaqnostikası üçün istifadə eidlən metodlardan ən vacib
olanı öz-özünü müayinə metodlarıdır. Yəni qadınların özlərini müayinə
etməsi və ya xəstəlik riskinə qarşı tez-tez həkim müayinəsinə
gəlməsidir. Radioloji metodlarla biopsiyalara əlavə olaraq insanların
özlərini müayinə etmələri və periodik olaraq həkim müayinəsəndən
keçmələri də sayıla bilər. Bu metodlardan, sadəcə biri - biopsiya
vasitəsilə dəqiq diaqnoz qoymaq olur. Digər müayinə metodları biopsiya
aparılması qərarını verməyə kömək edir.
MAMMOQRAFİYA və ERKƏN DİAQNOSTİKA
ammoqrafiya süd vəzisi xərçənginin erkən diaqnostikası üçün qızıl
qədər qiymətli bir metoddur. Xəstənin heç bir şikayəti olmadığı halda
profilaktik məqsədlə aparıla bilər, süd vəzisində kütlə, süd vəzisi ucu
axıntısı və ya başqa bir şikayəti olanlara isə diaqnostik məqsədlə
tətbiq edilir.
Mammoqrafiya barmaq izi kimidir, hər qadında fərqli olur və heç bir
mammoqrafiya digərinə oxşamır. Buna görə də müayinəyə gedərkən daha
əvvəl çəkilən mammoqrafiyanın nəticələrini də yanınızda gətirməlisiniz.
Əvvəl çəkilmiş mammoqrafiya ilə yenisi arasındakı fərq diaqnoza kömək
edə bilər. Mammoqrafiya uyğun zamanda və formada həyata keçirildiyi
zaman ağrısız bir metoddur. Menstrual sikldən sonrakı dövrdə süd
vəzilərindəki ödem, gərginlik və həssaslıq daha az olduğina görə sikldən
sonrakı həftə mammoqrafiya müayinəsinə gəlmək daha uyğundur.
Mammoqrafiya cihazları: Analoq, tam digital və ya digital əsaslı olur.
Analoq sistem şüanın filmin üstündə buraxdığı izlərin şərhidir.
Yuyulub qurutulan film incələnərək qiymətləndirilir. Bunun əksinə, tam
digital və ya digital əsaslı sistemlərdə görünüşlər digital şəraitdə
qiymətləndirilərək oxunur. Daha sonra xəstəyə vermək üçün filmə çəkilir.
Analoq sistemlər yavaş yavaş yerini digital əsaslı və ya tam digital
sistemlərə buraxmaqdadır.
Mammoqrafiya müayinəsi, süd vəzisi xərçəngi baxımından heç bir risk
faktoru və şikayəti olmayan, hər il süd vəzisi müayinəsinin nəticəsi
normal olan qadınlara nizamlı olaraq aparılmalıdır. Nizamlı olaraq
aparilan mammoqrafiya müayinəsi xəstənin həyatını qurtarır və
cəmiyyətdəki süd vəzisi xərçəngi səbəbiyle yaranan ölüm səviyyəsini
aşağı salir. Və mammoqrafiya müayinəsi zamanı alınan radiasiya şüası
ağciyərin rentgenoloji müayinəsindəkindən daha az dozadadır.
Biopsiya
Süd vəzisi toxumasından nümunə alınıb, uyğun şəraitdə dondurulub,
kəsilib, boyanıb, mikroskop altında incələnməsidir. Bu yolla əldə edilən
diaqnoz histopatoloji diaqnozdur və süd vəzisi xərçənginin dəqiq
diaqnozunun tək yoludur.
Biopsiya iki yolla alına bilər: iynə biopsiyası və cərrahi biopsiya.
Iynə biopsiyası şübhəli sahə və ya kütlədən iynə köməkliyi ilə toxuma
nümunəsinin alınmasıdır. Cərrahi biopsiya isə əməliyyatxana şəraitində
şübhəli sahə və ya kütlənin tamamilə çıxarılmasıdır.
Комментариев нет:
Отправить комментарий